9 ölkə sıradadır

60 döyüş təyyarəsi Türkiyəyə qarşı Egey dənizi üzərində uçacaq

Ekspert: "Türkiyəyə qarşı düşmən çənbəri düzəldilməyə cəhd edilir. Bu sırada Ermənistan və Yunanıstan kimi ölkələr də var "


Tarixində ölkədən kənarda ən böyük hərbi əməliyyatlar həyata keçirən İsrail ordusu Cənubi Kiprlə birlikdə Türkiyəyə açıq şəkildə gözdağı verib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, döyüş təyyarələri, donanma və xüsusi təyinatlı qüvvələrin əsgərləri ilə yanaşı İsrailin F-35-ləri də adaya endirilib. F-35 döyüş təyyarələri üzərindəki linzalar xüsusilə diqqəti cəlb edib. Bundan başqa Cənubi Kiprə aid olan Rusiya istehsallı 9K37M Buk raket sistemində də təəccüblü detallar aşkarlanıb. Yerli yunan mediası bu yaz mövsümündə İsrail ordusunun yenidən Kiprdə manevr edəcəyini bildirib. Yunan mediasının "İsrail hərbi komandaları Kiprə enir - Türkiyəyə qarşı" başlıqlı məqaləsi də böyük rezonans doğurub. Qeyd edək ki, mart ayında da İsrail ordusu Kiprdə beynəlxalq bir təlim təşkil etmişdi.

Qatılan ölkələr arasında ABŞ və Yunanıstan xüsusi diqqət çəkmişdi. 12 apreldə başlayacaq INIOCHOS təlimində digər ölkələrin iştirakı da gözlənilir. Yaxın bir neçə gündə Fransa, Kanada, İsrail, Cənubi Kipr, Sloveniya, İspaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan döyüş təyyarələri də Yunanıstana eniş edəcək. Doqquz ölkəyə məxsus təxminən 60 döyüş təyyarəsi 22 aprelə qədər Egey dənizi üzərində uçacaq. Yunan mediası bununla Ankaraya güclü mesajın verildiyini bəyan edib.



Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli vurğulayıb ki, Cənubi Kipr hər zaman Türkiyəyə qarşı düşmən mövqe sərgiləyib. Politoloq qeyd edib ki, hər zaman böyük dövlətlər Cənubi Kipri, Yunanıstanı, ümumiyyətlə, Türkiyənin keçmiş ərazisi olan ölkələri Türkiyəyə qarşı silahlandırıb:

"Hər zaman böyük dövlətlər onları Türkiyəyə qarşı gücləndirməyə çalışıblar. Təbii ki, zaman-zaman bunların şahidi də olmuşuq. Bir məsələni nəzərə alaq ki, Türkiyə hərbi cəhətdən günü-gündən inkişaf etməkdədir. Həmçinin hazırda Cənubi Kipr də elə böyük gücdə deyil ki, Türkiyəyə qarşı bir təhdid olsun. Amma təbii ki, Türkiyəyə qarşı düşmən çənbəri düzəldilməyə cəhd edilir. Bu sırada Ermənistan və Yunanıstan kimi ölkələr də var. Təbii ki, Türkiyə də öz növbəsində bu məsələləri daim diqqətdə saxlayır. Hesab edirəm ki,  Türkiyə daim ayıq olmalıdır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu