Təcili yardım maşını palçıqdan batdı - Xəstə öldü


Rusiyanın Rostov vilayətində yerli sakin palçıqda ilişib qalmış təcili yardım maşınında ölüb.

Bu barədə “Baza” nəşrinin “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, xəstə yüksək təzyiqdən əziyyət çəkib. Çağırışa gələn təcili yardım heyəti onun xəstəxanaya yerləşdirilməsinə qərar verib. Lakin yol bərbad vəziyyətdə olduğu üçün tibb maşını palçığa batıb.

Təcili yardım avtomobili traktorun köməyi ilə palçıqdan çıxarılsa da, içindəki xəstə vəfat edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu