Murmansk və Reykyavik şəhərləri

Dünyada ən uzun müddətli oruc məhz bu şəhərlərdə tutulur

Builki Ramazan yaz ayına təsadüf etdi. İlbəil də irəliləyərək qışa, getdikcə də payız aylarına düşəcək. Dünyamız belə dolanarkən bu il ən uzun müddət oruc tutacaq şəhərlərin adları açıqlanıb. Türkiyə Dəyanət İşləri Başqanlığının hazırladığı imsaq vaxtları təqvimində  hansı ölkələrdə orucun neçə saat sürüəcəyi göstərilir. “Şərq” “milliyet.com”a istinadən xəbər verir ki, bu il ən uzun müddət - 18 saat 14 dəqiqə oruc tutulacaq şəhərlərdən biri İslandiyanın paytaxtı Reykyavikdir. Reykyavik Yer kürəsinin ən ucqar şimal nöqtəsində yerləşir.

Və hətta yay aylarının da soyuq keçdiyi bir yerdir. Bu il Ramazan ayı mayın 12-13-də bitəcək. Bu, gündüzlərin iyul ayınadək uzandığı müddətdir. Belə bir vaxtda dünyanın dörd bir yanındakı müsəlmanlar üçün oruc saatları da fərqlidir. Bəzi ölkələrdə nisbətən qısa, bəzisində nisbətən uzun. Ramazanda ən uzun müddət oruc tutulacaq şəhərlər planetimizin hər iki yarımkürəsindəki ən ucqar nöqtələrdir. Şimal yarımkürəsində ən uzun müddətli oruc Rusiyanın Murmansk şəhərində tutulacaq. Murmanskın ardınca İslandiyanın paytaxtı Reykyavik gəlir. Reykyavikdə iun ayında günəş demək olar ki, heç qürub etmir. Lakin Ramazanın hər il 10 gün irəli gəldiyi nəzərə alınarsa, qarşıdakı illərdə Reykyavikdə də oruc saatları nisbətən qısalacaq. Maraqlıdır ki, Ramazan dekabr ayına təsadüf edəcəyi zaman ən qısa oruc tutulacaq şəhər də Reykyavik olacaq. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu