50 ildə 3 min mahnı kaseti yığdı - FOTOLAR

Yalovada yaşayan 60 yaşlı Orhan Doğan 50 ildə 3 min kaset yığıb. O.Doğanın illər əvvəl başlayan kaset sevdası hələ də davam edir. 
“Sherg.az” “ntv.com.tr”yə istinadən bildirir ki, O.Doğan evində topladığı kasetlərə çox diqqətlə baxır və onları daim təmizləyərək ilk günkü kimi qorumağı bacarır.

Xüsusilə İbrahim Tatlıses, Ferdi Tayfur və Müslüm Gürses kimi sənətçilərin bütün albomlarını qoruyan Doğan, musiqi kasetlərinə olan bu marağının 50 ildir davam etdiyini söyləyir:

“İndiyə qədər fərqli sənətkarlara aid 3 mindən çox kaset almışam. Onların əksəriyyəti ilə unudulmaz xatirələrim var.
Bəzən hansısa albom çıxdığı zaman pulumu verdim, albomu alıb, evə piyada qayıtdım. Bu illər ərzində ruhum nə vaxt daralsa, musiqi ruhuma böyük qida və enerji verdi”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu