Paşinyana əsgərin məzarına gül qoymağa icazə vermədilər - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsində ölən əsgərin məzarına gül qoymasına icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Belə ki, Vayots Dzor vilayətinin Getap kəndində Paşinyan ölən erməni əsgərinin məzarına gül qoymaq istəyib, lakin hərbçinin qardaşı buna imkan verməyib.

"Bu, qardaşımın məzarıdır. Mənim hüquqlarım var. Sənə icazə vermirəm", - kənd sakini Paşinyana deyib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu