Koronaya yoluxan Xatirə İslam hazırkı durumundan yazdı - FOTO

Koronavirusa yoluxan müğənni Xatirə İslam və həyat yoldaşından xəbər var.

Medicina.az -ın məlumatına görə müğənni özü İnstaqram səhifəsində paylaşım edib. Həyat yoldaşı Fəxrəddin Musazadənin görüntülərini paylaşan Xatirə bunları yazıb:
"Artıq hər şey yaxşılığa doğru gedir. Bizə görə narahat olan, maraqlanan dostlarım, yaxşı ki varsınız. Məni tək qoymadınız. Aparıcı Zaur Baxşəliyevə xüsusilə təşəkkür etmək istəyirəm. Çünki bizə görə narahatlıq keçirdi. Sənin kimi bir dostla fəxr edirəm. Bakı Sağlamlıq mərkəzinə gələndə gördüm ki, hamı bizi gözləyir.

Bizə isti qucaq açan klinikanın rəhbəri Asiman bəy və onun səfərbər etdiyi həkim kollektivinə minnətdarlığımı bildirirəm. Təəssüratlarımı sizinlə ekrandan bölüşmək diləyi ilə...".


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu