Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib

Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Sameqrelo-Zemo Svaneti diyarının Qamoqma Kariata kəndi yaxınlığında qeydə alınıb.

Bildirilib ki, zəlzələnin episentri Xobi şəhərindən 2 kilometr qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar haqqında məlumat verilməyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu