Gilyermo Lasso Ekvadorun yeni prezidenti seçildi


Sağ mərkəzçi "KREO Hərəkatı"nı təmsil edən Gilyermo Lasso Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda 52,36% səs yığıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü seçki bülletenlərinin 100%-nin hesablanmasının nəticəsinə əsasən respublikanın Milli Seçki Şurasından bildiriblər.

Qeyd edilir ki, yeni dövlət başçısı o olacaq

Şuranın məlumatına görə, Lassoya 4 656 426 seçici səs verib. Onun əsas rəqibi, sol mərkəzçi "Ümid naminə İttifaq" koalisiyasını təmsil edən Andres Arausu 4 236 515 seçici (47,64%) dəstəkləyib.

Aprelin 11-də Ekvadorda prezident seçkilərinin ikinci turu keçirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu