Əfqanıstanda məscidə silahlı hücum olub, səkkiz nəfər ölüb

Əfqanıstanın Nangarhar əyalətində silahlı hücum nəticəsində səkkiz nəfər ölüb.

APA bildirir ki, bu barədə Tolo News yerli hakimiyyət orqanlarına istinadən xəbər verir. Əyalət rəhbərinin sözlərinə görə, hadisə şənbə günü axşam Cəlilabad şəhərində bir məsciddə baş verib.

Vilayət qubernatoru bildirib ki, naməlum silahlı şəxslər həmin vaxt namaz qılan bir ailənin üzvlərinə atəş açıblar:

"İlkin məlumata görə, Hacı Əbdül Vahabın beş oğlu və üç qardaşı oğlu şəxsi düşmənçilik üzündən güllələnib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu