"Azərbaycanın Xankəndidəki terrorçuları neytrallaşdırması qaçılmaz olacaq” - ANALİZ

“Azərbaycanın Şərqi Aralıq məsələsində Türkiyənin yanında olması o bölgədə Ankaranın əlini gücləndirir"

“Avropa İttifaqının Cənubi Qafqaz nümayəndəsi Toyvo Klaar Qarabağdakı separatçıların “xarici işlər naziri” David Babayanla qeyri-rəsmi, qapalı görüş keçirib”. 

“Sherg.az”ın məlumatına əsasən, bunu tanınmış jurnalist, analitik Asif Nərimanlı bildirib. 

Siyasi şərhçi qeyd edib ki, detallar bəlli olmasa da, bunun münaqişənin davam etməsi üçün atılan addım olduğu şübhəsizdir: 

“Bu görüşdən sonra Ankaraya gələn Yunanıstan xarici işlər Niko Dendias kameralar önündə Türkiyəyə hücum etdi. Yunan nazirin hücumunun iki hədəfi var. Birincisi, yunan ictimaiyyətinə “türklərə evində dərs verdiyini” göstərməkdir. İkincisi isə Aİ-ni arxasına alaraq, Şərqi Aralıq dənizində şərqində gərginliyi artırmaqdır. Türkiyənin Liviya ilə anlaşmasından sonra Aralıq dənizinin şərqində qızışan Ankara-Afina qarşıdurması NATO-nun çağırışları ilə səngidi. Türkiyə dialoqa açıqdır, Yunanıstan isə məcburi gəlir. Yunan nazirin dialoq üçün gəldiyi Ankarada hücuma keçməsi məhz dialoqu pozmaq, gərginliyi artırmaq məqsədi daşıyır. Çünki Türkiyənin Misirlə qurduğu təmaslar arxasında Fransanın dayandığı yunan oyununu tamamilə pozur. Toyvo Klaarın Babayanla görüşü ilə Dendiasın Aralıq dənizinin şərqində gərginliyi artırmağa hesablanan hücumu eyni pazlın hissələridir”. 

A.Nərimanlının fikrincə, Cənub Qaz Dəhlizinin işə düşməsi ilə Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyində rolu praktiki mərhələyə keçdi: 

“Azərbaycanın Şərqi Aralıq məsələsində Türkiyənin yanında olması o bölgədə Ankaranın əlini gücləndirir. Prezident İlham Əliyev Qarabağ müharibəsindən öncə Bakıda Yunanıstan səfirinə dediyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” sözləri təkcə Afinaya yox, Şərqi Aralıqda yunanları Ankaranın üzərinə göndərən Avropaya (daha çox Fransaya) mesaj idi. Qarabağ müharibəsi, Türkiyənin Liviya ilə razılaşmasından sonra Misirlə danışıqlara başlaması Fransa-Yunanıstan-Ermənistan üçlüyünün prosesdə uduzan tərəfə çevrilməsi ilə nəticələndi. İndi bu üçlük yenidən hərəkətə keçir. Yunan-erməni lobbisi Türkiyənin “Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün Elon Muska təzyiq edir. Fransanın Ermənistandakı səfirliyi Bakıda açılan Hərbi Qənimətlər Parkına görə Bakını ittiham edir. Aİ nümayəndəsi İrəvanda Babayanla, Azərbaycan ərazisindəki separatçı-terrorçularla görüşür və s. Proses daha da gərginləşəcək. Avropadan Bakıya müxtəlif mövzularda, xüsusilə insan haqları üzərindən təzyiqlərin güclənəcəyi, Minsk qrupunun Qarabağ məsələsi üzərindən təxribatları davam etdirəcəyi gözləniləndir. Azərbaycan Xankəndidəki separatçı-terrorçuların neytrallaşdırılması istiqamətində addımları qaçılmazdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu