"Bu seçki Paşinyan  üçün ölüm-qalım məsələsidir” -  Politoloq

"Paşinyanın komandasının Koçaryan və ətrafı ilə bağlı sensassiya xarakterli materialları ictimailəşdirəcəyi gözləniləndir"

“Ermənistan Təhlükəsizlik Şurası keçmiş qərargah rəisi Onik Qasparyanın ittihamlarına cavab olaraq bəzi məxfi sənədlərdən çıxarışları açıqlayıb”.

“Sherg.az” xəbər verir ki, bu barədə politoloq Elçin Mirzəbəyli sosial şəbəkədə yazıb. 

Siyasi şərhçi bildirib ki, ötən ilin avqust ayının sonlarında Ermənistanda könüllü dəstələrini yaradılması barədə qərar qəbul edilib və bununla bağlı parlamentə müvafiq qanun layihəsi təqdim olunub: 

“Ermənistan Təhlükəsizlik Şurasının açıqlamasından bəlli olur ki, bu təklif sabiq qərargah rəisi tərəfindən irəli sürülüb. Protolollardan çıxarışlar isə belə düşünməyə əsas verir ki, Onik Qasparyan real vəziyyətlə bağlı baş nazirə yalan məlumatlar verib. Ya da onun özü rəhbərlik etdiyi silahlı qüvvələr haqqında dəqiq məlumata malik olmayıb. Yəni Ermənistan uzun illərdən bəri dünyanı aldatmağa çalışdığı kimi, bu ölkənin silahlı qüvvələrindəki vəzifəli şəxslər də bir-birlərini aldada-aldada gediblər və gəlib çatıblar yolun sonuna... Xatırladım ki, Onik Qasparyan Ermənistanın silahlı qüvvələrinin rəhbərliyinə Robert Koçaryan tərəfindən gətirilib. Onun son açıqlamalarından da görünür ki, sabiq qərargah rəisi sabiq prezidentin – hərbi-cinayətkar xunta başçısının əlinə oynayır”. 

Analitik vurğulayıb ki, prosesin gedişi göstərir ki, seçki yaxınlaşdıqca qarşılıqlı ittihamlar artacaq: 

“Seçki kampaniyasının əsas istiqamətlərini 44 günlük müharibənin nəticələri təşkil edəcək. Paşinyanın komandasının isə Koçaryan və ətrafı ilə bağlı sensassiya xarakterli materialları ictimailəşdirəcəyi gözləniləndir. Çünki bu seçki onlar üçün ölüm-qalım məsələsidir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu