Arutunyan Azərbaycanla əlaqələrin qurulmasına zərbə vurur, Paşinyan onu sıradan çıxarcaq

"Separatçıların lideri Arayik Arutunyana cinayət işi açılması baş nazir Nikol Paşinyanın Arutunyana qarşı siyasi təqibidir".

Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, Paşinyana qarşı çevriliş cəhdində Arayik Arutunyanın da iştirakı olub: 

"Məqsəd hazırda Azərbaycanla əlaqələrin qurulmasında əsas maneə olan Arutunyanı sıradan çıxartmaqdır. Artıq Ermənistan prezidenti Armen Sarkisyan da Azərbaycanla iqtisadi əlaqələrin mümkünlüyünü qeyd edib. Bu, sıradan açıqlama deyil.  Son günlər yüksək səviyyədə Azərbaycanla normallaşdırma prosesinə getmək üçün bəyanatlar verilir. Ona görə də ilk növbədə revanşistlər zərərləşdirilməlidir".

Ekspert vurğulayıb ki,  Arutunyan Azərbaycanla əlaqələrə zərbə vuran və separatizmi tətikləyən əsas fiqurdur: 

"Arutunyan birbaşa Paşinyana qarşı Rusiyanın əlində əsas alternativdir. Müəyyən böhranlı şəraitdə Arayik öz qanunsuz silahlı dəstələri ilə Laçın dəhlizindən keçib, Ermənistanda Rusiyanın yardımı ilə Paşinyanı devirə bilər. Ona görə də Arayik Arutunyan həm Paşinyan üçün bir təhlükə mənbəyi olaraq qalır, həm də Azərbaycanla Emənistan arasında əsas problem yaradan şəxsdir. Onun siyasi səhnədən uzaqlaşdırılması vacibdir. Rusiya çalışacaq ki, Arayik Arutunyan Robert  Koçaryanın taleyini yaşamasın".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu