İŞİD Kərkükdə hərbçiləri atəşə tutub, ölən və yaralananlar var

İŞİD terrorçuları İraqın Dakuk rayonu (Kərkük şəhəri, İraqın şimalı) yaxınlıqda ölkə ordusunun müşahidə məntəqəsini minaatanlarla atəşə məruz qoyublar.

“Report” xəbər verir ki, bu barədə Kərkük Polis İdarəsinin mətbuat katibi Əmir Nuri "Anadolu" agentliyinə bildirib.

O, qeyd edib ki, atəş nəticəsində bir hərbi qulluqçu həlak olub, daha beş nəfər yaralanıb.

Əmir Nurinin sözlərinə görə, hazırda Dakuk rayonu ətrafında terrorçuluğa qarşı əməliyyat keçirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu