Misirdə qatar qəzası, 100-dən çox sərnişin yaralandı

Misirin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 103 sərnişin xəsarət alıb.

Yaralıları yerli xəstəxanalara çatdırmaq üçün hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu