“Pandemiyanın bitməsi gözlənilmir” - ÜST

Koronavirus pandemiyası yaxın zamanlarda bitməyəcək. Dünya əhalinin bu virusdan tamamilə vaksinasiya edilməsi isə mümkün deyil. Hər gün Covid-19-un mutasiyaya uğrayan başqa növlərinin aşkar edilməsini nəzərə alsaq, pandemiyanın bitməsi gözlənilmir”.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 üzrə xüsusi nümayəndəsi həkim Devid Nabarro bildirib.
 
“Royal College of Physicians of Edinburgh” simpoziumunda çıxış edən Nabarro, günbəgün yoluxma hallarının artdığını qeyd edib:

“Hər həftə 4 milyondan çox insan virusa yoluxur. Bəzən buna məhəl qoyulmur və kiçik rəqəm kimi nəzərə alınır. Təəssüf ki, vəfat edənlərin sayı da az deyil. Bir sözlə, yoluxma halları artmaqda davam edir. Əgər bunun qarşısı alınmasa, virusun mutasiyaya uğrayan başqa növləri daha çox aşkar ediləcək və yoluxma hallarında partlayış yaşanaraq kütləvi artımlar olacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu