"Şərq TV" fəaliyyətə başlayır - Akif Aşırlı

"Bu layihənin uğur qazanacağına, rəqabətə davam gətirəcəyinə inanırıq"

"Nə zamansa xəyal etdiklərimiz indi gercəkləşir. "Şərq" qəzeti nəşrə başlayandan az sonra ən maraqlı müsahibələrimizi "Şərq TV" rubrikasında cap edirdik. Televizorun fotosunun bir küncünə "Şərq TV" yazıb, mahiyyətə uyğun dizayn verməyə, oxucuda canlı müsahibə ovqatı yaratmağa  calışırdıq. O vaxtdan nə az , nə cox, 24 il ötür".

Bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı özünün feysbuk səhifəsində yazıb. Akif Aşırlıdaha sonra müjdəni verərək bunları qeyd edib:



 - Xəyallarımız , arzularımız indi gercəkləşir. 3 aydan coxdur ki, gücümüzün , enerjimizin bir hissəsini həm də media platforması üzərində internet televiziyası qurmağa sərf edirik. Açığı,  uzun illər klassik qəzetciliklə məşğul olan, indi isə yeni medianın üstünlüklərindən bəhrələnməyə çalışan komanda ücün  bu yeni layihələr cətin olsa da həvəslə, səbrlə işlər davam edir. Demək olar ki , hər gün öyrənir, araşdırır, müzakirə aparır, bu işin peşəkarlarından məsləhətlər alırıq. Fərqli bir teleməkan yaradacağımıza inanır, gücümüzə arxayınıq. Bu sırada bizə öz  dəstəyini göstərən telejurnalistikanın  ağsaqqallarından olan Qulu Məhərrəmlini , Elçin Əlibəylini , illərin dostu Rasim Mustafaoğlunun adını cəkməmək olmaz , sağ olsunlar. Dəyərli məsləhətlər, istiqamətlər verdilər. 


Akif Aşırlı artıq televiziyanın cəkiliş, montaj  studiyasının tam hazır olduğunu vurğulayıb:



- Kicik bir komanda hazır vəziyyətdə  işə başlamaq ərəfəsindədir. Başda isə , "Şərq" in öz yetirməsi olan Elvin Basqallı gəlir. Mətbuata gəlişi "Şərq"dən başlayan, bir necə telekanalda calışıb  uzun yol qət edən, elə  indi də  ""Space"i  tərk etməyən Elvinə inanırıq. Öz yetirmənə necə inanmayasan?
Bir necə gəncə indi o  istiqamət verəcək, müəllimlik edəcək. Bu layihənin uğur qazanacağına, rəqabətə davam gətirəcəyinə inanırıq.  Mətbuatın  25 il müddətində bəzən ədalətli, bəzənsə haqsız rəqabətinə duruş gətirib, qəddimizi əyməmişiksə, cətin ki, indi məğlub durma düşək. Yaxın günlərdə başlayırıq, dostlar! Kanala abunə olmağı unutmayın!

Turan 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu