Misirdə qatar relsdən çıxıb, 8 nəfər ölüb, yüzdən çox insan yaralanıb - YENİLƏNİB 

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Saat 18:20

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu