Yol polisi Biləsuvarda reyd keçirdi, sürücülər cərimələndi

Biləsuvar rayonunda yol polisi növbəti reyd keçirib.

“Report”un Muğan bürosu xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində növbəti reyd təşkil olunub.

Reyd zamanı kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktiki söhbətlər aparılıb.

Reyd zamanı ümumilikdə 15 sürücü cərimə edilib.

Qeyd edək ki, tərtib edilmiş tədbirlər planına uyğun olaraq xidməti ərazilərdə reydlər mütəmadi olaraq davam etdiriləcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu