Bakıda üç avtomobil toqquşub, yaralılar var – YENİLƏNİB

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektin “Bağırov körpüsü” adlanan ərazisində iki “Toyota” və bir “Opel” markalı avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və DYP əməkdaşları cəlb edilib.

Yaralı şəxslər xəstəxanaya aparılıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.

23:02
Bakının Heydər Əliyev prospektində “Bağırov körpüsü” adlanan hissəyə yaxın yerdə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu