Xocalı polisi karantinlə bağlı reyd keçirib

Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb mərkəzinin məlumatına görə, təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu