Yəmənli model geyimlərinə görə həbs edilib - Fotolar

Yəməndə 20 yaşlı model Entesar El-Hammadi qaçırılaraq həbs edilib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, gənc qız iki həmkarı ilə birlikdə çəkilişə gedərkən küçədən keçən avtomobildəki naməlum şəxslər tərəfindən qaçırılıb. Hadisə paytaxt Sənada baş verib. Onun hazırda gizli həbsxanada saxlanıldığı bildirilir.

Modelin qaçırılmasına səbəb kimi isə, islam qanunlarına zidd libaslar və geyimlərdən istifadə etməsi göstərilir.

Entesarın vəkili, o cümlədən Yəmən kütləvi informasiya vasitələri nümayəndələri baş verənlərə etiraz ediblər. Onlar qadınlara qarşı bu cür zorakılığı şiddətlə qınayıb və gizli həbsxanalarda saxlanılan bütün qadınların azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Entesar El-Hammadi ölkə kanallarından birinə verdiyi müsahibəsi zamanı hər hansı bir şans yaranarsa Yəməni birdəfəlik tərk etmək istədiyini bildirib.


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu