Mənzil bazarında qiymətlər...


2021-ci ilin birinci rübündə (yanvar-mart ayları) mənzil bazarı üzrə qiymət indeksləri açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin ilk üç ayında mənzil bazarında qiymət indeksi 2020-ci ilin müvafiq aylarına nəzərən 101,9 faiz təşkil edib.

İlkin mənzil bazarında qiymət indeksi 101,2 faiz, təkrar mənzil bazarında qiymət indeksi isə 101,9 faiz olub.

Bu onu göstərir ki, 2021-ci ilin ilk rübü üzrə mənzil qiymətindəki orta dəyişikliyi əks etdirən göstəriciyə əsasən, ümumilikdə mənzillərin qiyməti 1,9 faiz, ilkin bazarda qiymətlər 1,2 faiz, təkrar bazarda isə 1,9 faiz artıb.

2021-ci ilin birinci rübü 2020-ci ilin dördüncü rübünə (son üç ay) nisbətən mənzil bazarında qiymət indeksi 102 faiz təşkil edib. İlkin mənzil bazarında qiymət indeksi 101,2 faiz, təkrar mənzil bazarında 102 faiz olub.

Belə ki, ilin yanvar-mart ayları ərzində mənzil qiymətləri 2020-ci ilin son üç ayı (IV rüb) ilə müqayisədə ümumilikdə 2 faiz artıb. Son üç ayın göstəriciləri ilə əvvəlki üç ayın müqayisəsi üzrə ilkin mənzil bazarında qiymət artımı 1,2 faiz, təkrar mənzil bazarında isə 2 faizi təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə mənzil tikintisinə 205,2 milyon manat vəsait yönəldilib. Bu isə 2020-ci ilin eyni dövrünə nisbətən 29,1 faiz azdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu