Vəzifəli şəxs torpaq satdığı üçün həbs edildi


İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Dəmirov Akif  Balaməmməd oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu