Aparıcı da, müğənni də uşaq pulu istəyir:"Körpələri necə saxlayaq?!"

Aparıcı Mətanət Əliverdiyevanın " 6/8" verlişinin növbəti qonağı müğənni Xuraman Şuşalı olub. Aparıcı 4 uşaq anası olan sənətçiyə maraqlı sual ünvanlayıb.
"Sherg.az"ın məlumatına görə, o X.Şuşalıdan uşaq pulu alıb almadığını soruşub. Yox cavabı alan aparıcı bunları söyləyib:
"Milli Məclisdən bir nəfəri dəvət edəcəm. Baxın, dörd uşaq anasıdır. Toy və şadlıq məclisləri yoxdur. Bəs uşaqları necə saxlasın? Parlamentdə yalnız iclasa getmək lazımdır? Gəlsinlər, burada müzakirə edək. Bu verliş xalqındır. Deputatları da xalq olaraq biz seçmişik. Ona görə onlara millət üçün suallarım var".
Xuraman Şuşalı isə uşaq pulu verilməsinin tək özünə görə deyil, bütün valideynlər üçün yaxşı olacağını deyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu