Altı ay komada qalan şəhidimiz Masallıda dəfn edildi - YENİLƏNİB + FOTO

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Nurlan Əbilov dəfn edilib. 

APA-nın məlumatına görə, o, Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verib.

Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə baş nahiyəsindən yaralanıb.
Məlumat üçün bildirək ki, şəhidimiz ailəli olub. İki azyaşlı oğul övladı var.

Xatırladaq ki, 15 aprel tarixində 6 ay komada qalan daha bir hərbçimiz Səbuhi Hüseynli şəhidlik zirvəsinə yüksəlmişdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu