Xumar iddialı danışdı:“Kimsə məni unuda bilməz!” – Kimə “söz atır”?

Müğənni-bəstəkar Xumar Qədimova uzun müddət sonra ekranlara qayıdıb. O “Heç vaxt heç yerdə” verlişində qonaq olub və həm həyatı, həm də sənəti ilə bağlı danışıb.
“Sherg.az” xəbər verir ki, sənətkar etdiyi fədakarlıqları özünə bağışlamadığını söyləyib:
“Doğmalarıma, dostlarıma etdiyim fədakarlıqları özümə bağışlaya bilmirəm.
O illərə heyif deyirəm, həmin ömrü yaşanmamış hesab edirəm. Yaddaşımdan da silə bilmirəm. Əgər təəssüflənirəmsə, deməli məni narahat edir.
Həyatımdan çox gec sildiyim insanlar olur. Ümumiyyətlə insanları- dost, yar fərq etməz ürəkdən, içdən sevirəm. Atanda isə sanki elə bir adam yoxmuş kimi davranıram. Bir də mən unuduram. Kimsə məni unuda bilməz!”

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu