"Rəqsanə danışırdısa, ad çəkərdi"

Müğənni Rəvan Qarayev həmkarı Rəqsanə İsmayılovanın Rusiya toylarına gedən sənət adamlarının ünvanına dediyi qalmaqallı sözlərə münasibət bildirib.

"Sherg.az"   Axşam.az-a istinadən xəbər verir ki, özü də Rusiyada məclislərə qatılan Rəvan "Elgizlə izlə" proqramında həmkarını tənqid edib:

"Xanım düz deyir, rəqabət var idi. Kişiləri qatmayaq, orada az saydadılar. Amma xanımlar çoxdur. Böyük bir məsələdir. Biz deyə bilmərik kimdir. Özü də deyir ki, ailəli şəxsdir. Heç kimi o formada görməmişəm, necə danışım? Adam gördüyünü danışar. Dedikləri böyük söhbətdir, orada oturub, elə şeylər deyir.


Öz aralarında olan məsələdir. Rəqsanə neçə ildir oradadır, qiymətin saxlayıb. Əvvəl Moskvaya buradan bir müğənnini 5 manata çağırırdılarsa, indi orada olduğu üçün qiymət 2-3 manata düşüb. Bu, belə olmalıdır.


Bir sözü deyərkən ad çəkməliydi. Axıra kimi deyərdi. Niyə durub kimsə həmin adamın adını çəksin? Sona kimi danışdı, adını da çəkərdi".


Qeyd edək ki, Rəqsanə Rusiyada toya gedən xanım ifaçılara "Toydan sonra evinizə gedin. Gəlin qazanın, ağılla-başla. Damağınızda siqaret, oturursuz kişilərin içində. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın" sözlərini deyib.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu