Keçmiş prezident internetdə iş axtarır - ELAN

Polşanın keçmiş prezidenti və Nobel mükafatı laureatı Lex Valensa internetdə özünə iş axtarır.
"Sherg.az" "Ntv.com.tr"yə istinadən bildirir ki, Valensa maddi cəhətdən sıxıntılar çəkdiyini söyləyib.
O, şirkətlərdə liderlik təhsili verə biləcəyini və təşviq iclaslarında iştirak edə biləcəyini qeyd edib. Keçmiş prezident təqaüdünün 6 min zloti olduğunu, həyat yoldaşının isə ayda 7 min zlotiyə qədər xərclədiyini bildirib. Ümumilikdə 7 uşaq və çoxsaylı nəvədən ibarət böyük bir ailəyə sahib olduğunu söyləyən Valensa onları maddi baxımdan təmin etmək məcburiyyətində olduğunu deyib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu