I sinif uşaqlarının qeydiyyatı hansı formada aparılacaq? - RƏSMİ


“I sinfə qəbul elektron formada olacaq. Aprelin 27-si saat 11:00-dan elektron qeydiyyat, aprelin 29-u saat 11:00-dan isə məktəb seçiminə başlanılacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib. 

Onun sözlərinə görə, elektron sistemdə qeydiyyat valideyn və ya uşağın qanuni nümayəndəsi tərəfindən aparıla bilər: 

“Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari il üçün artıq elektron kabineti mövcuddur, yəni yeni şəxsi kabinet açmağa ehtiyac yoxdur. Ölkədə davam edən pandemiya şəraitinə görə I sinfə qəbulu üçün müsahibələr onlayn aparılacaq. Bu, həm məktəbəhazırlıq qruplarına cəlb olunan, həm də cəlb olunmamış uşaqlar aiddir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu