“BakuBus" təzminat da ödəməlidir"

“Şirkəti xəsarət alan sərnişinlərin qeydinə qalmalı, onların sığorta təminatlarını həyata keçirməlidir”

Ötən gün Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

"BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə iki nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib. Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyin hasarına ziyan dəyib.



Hadisə barədə "Sherg.az"a danışan nəqliyyat üzrə ekspert İIqar Hüseynli bildirib ki, avtotexniki ekspertizanın nəticələri bəlli olmadan sürücünü ittiham etmək olmaz:

"BakuBus" sərnişindaşımada keyfiyyətli xidməti həyata keçirən şirkətlərdən biridir. Sözsüz ki, müəyyən istisna hallar baş verə bilər. Dünyanın hər yerində bu tipli təsadüfi hallara rast gəlmək olar. Başqa şirkətlərlə müqayisədə yol qəzaları zamanı "BakuBus" azlıq təşkil edir.

Avtotexniki ekspertizanın nəticələri ortada olmadan deyə bilmərik ki, hadisəyə səbəb sürücü məsuliyyətsizliyidir.

Sürücü telefonla danışarkənmi qəza baş verib, yoxsa birdən-birə halı pisləşib deyə idarəetməni itirib. Bəzən sürücünün qarşısına qəflətən kimsə çıxır və bu zaman sürücü idarəetməni itirib ağaca, binaya və.s çırpıla bilər. Yəni belə hallar böyük şəhərlərdə hər an yaşana bilər".

Qəza zamanı xəsarət alanlara gəlincə, ekspert söyləyib ki, artıq 2021-ci il aprelin 1-dən ölkəmizdə İcbari Tibbi Sığort qüvvəyə minib:

"Fikrimcə, "BakuBus" şirkəti xəsarət alan sərnişinlərin qeydinə qalmalı, onların sığorta təminatlarını həyata keçirməlidir. Həmçinin sərnişin ciddi xəsarət alıbsa, şirkət maddi təzminat da ödəməlidir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu