Ermənistan ordusu “qocalır”: “60 yaşlı adamdan...”

“...İdman və başqa normativlər gözləmək mümkünsüz və məntiqsizdir”

“Çünki 60 yaşındakı şəxs heç vaxt 20-25 yaşındakı gəncin fiziki göstəricilərinə malik ola bilməz”


Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular 63 yaşa qədər ordu sıralarında qala biləcək. Ölkə parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu” qanun layihəsində bəzi dəyişikliklər qəbul edilib. Müvafiq dəyişikliklərdə hərbçilərin yaş həddi orta hesabla beş il artırılıb. Beləliklə, sıravi hərbçilər və gizirlərin orduda xidmət üçün son yaş həddi 55-ə, aşağı rütbəli zabit heyəti üçün 57-ə, mayor və polkovnik-leytenantlar üçün 60-a, polkovnik və yüksək rütbəli zabitlər üçün isə 63-ə qədər artırılıb.



 Hərbi ekspert Ədalət Verdiyev sözügedən qərarı “Sherg.az”a şərh etdi: 

“Ermənistan ordusunda 25 minə yaxın vakant yer var. Üstəgəl, gənclərin hərbi xidmətə cəlb edilməsində problemlər mövcuddur. Odur ki, bu qərar vətəndaşların daha geniş miqyasda orduya cəlb edilməsi, silahlı  qüvvələri komplektləşdirmək məqsədi daşıyır.

Əlbəttə, qərar həyata keçirilə bilər. Lakin nə qədər səmərə verəcəyini, effektiv olacağını deyə bilmərəm. Çünki 60 yaşındakı adam heç vaxt 20-25 yaşındakı gəncin fiziki göstəricilərinə malik ola bilməz.

Bilirsiniz ki, orduya cəlb edilmə prosesində müntəzəm olaraq idman normativləri yerinə yetirilir. 60  yaşındakı birindən bunu gözləmək mümkünsüz və məntiqsizdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu