“Erməni deputatlar məsələyə hələ də intiqam hissi ilə yanaşır”

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qərəzli rəylər görürük. Təəssüf ki, erməni həmkarlarımız hər səfərində AŞPA-dan şəxsi siyasi vasitə kimi istifadə etmək istəyir”.
APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, erməni deputatlar məsələyə hələ də intiqam hissi, müharibə düşüncəsi ilə yanaşır.
“Onlar bununla da AŞPA-da qərarlara öz təsirlərini göstərmək istəyirlər. Bu, qəbuledilməzdir”, - deyə S. Seyidov vurğulayıb.
O qeyd edib ki, Azərbaycanla bağlı qərəzli yanaşmalar mövcuddur.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu