Rəşad Dağlı saxlanıldı 

Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. 
Bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və 82 nəfər məclis iştirakçılarına qarşı qanunamüvafiq tədbirlər görülüb. 
Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu