"Hamı Rəqsanənin sözündən qorxdu"

Hamı Rəqsanənin o sözündən qorxdu. Hamı Moskvadan çəkinir, vahimələnir. Özünə güvənən xanım və bəy qorxmamalıdır. Bilirəmsə gedib hansısa ailəyə məclis idarə edəcəm, özümü necə aparacam, niyə çəkinim? İşimi aparmağa gedirəm. Getdim, gözəl xına məclisinə, hörmətlə qarşıladılar və yola saldılar.

"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Birə-bir" proqramında deyib. Sənətçi müğənni Rəqsanə İsmayılovanın Rusiyada məclisə gedən ifaçılarımız haqqında dediklərinə cavab verib:

"Evdə oturaq, Allah bizə yetirəcək. Əziyyətlə, pillə-öillə bu adı qazanmışıq, qalxmışıq. Bunu qoruyub saxlamalıyıq. İndi müğənnilərimiz geri-geri gedirlər. Niyə? Nəfs... Moskvada da, Bakıda da hamını tanıyırlar. Bu, şou-biznesdə biz bir ailəyik. Burada davalar, söz-söhbətlər olur, amma elə şeylər var pərdə arxasında qalmalıdır. Sonra da qınayırıq ki, camaat sənət adamı haqda təhqir yazdı. Bir-ikisinin adı çıxanda, deyirlər hamı onun tayıdır. Ola bilər Rəqsanə kiməsə əsəbiləşdi, amma sərt cavab verib. İnanıram ki, sonradan peşman olub".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu