“Windows 10” “Apple” noutbuk və kompüterlərində işləyəcək


"M1" prosessoru ilə təchiz edilən "Apple" noutbuk və kompüterlərində "Windows 10" əməliyyat sistemini işə salmaq mümkün olacaq. Bu barədə "The Verge" nəşri məlumat yayıb.

"Sherg.az" ictnews.az-a istinadən bildirir ki, "Microsoft" əməliyyat sistemini "Mac" qurğuları üçün "Parallels Desktop" virtual maşınlar proqramında işə salmaq olar. Proqram təminatı "Arm" prosessorları üçün adaptasiya edilib. "M1" prosessoruna malik kompüterlər müəyyən məhdudiyyətlərlə "x86" proqramları ilə işləyə biləcək.

Virtual maşın tərtibatçısı qeyd edir ki, "Arm" üçün proqram təminatı versiyası çoxlu təkmilləşdirmələrə malikdir. "Arm" prosessorları üçün "Apple M1" prosessoruna malik "Parallels Desktop" proqramı "Intel" prosessorları əsasında "Mac" qurğuları ilə müqayisədə 250 faiz az enerji sərf edir. "DirectX 11" məhsuldarlığının 60 faiz artırılacağı və virtual maşınların ümumi məhsuldarlığının 3 dəfə artacağı bildirilir.

"Windows 10" dəstəyi ilə yanaşı, "Mac" üçün "Parallels Desktop 16.5" proqramı "Linux" əməliyyat sisteminin müxtəlif versiyalarını dəstəkləyir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu