Şuşada bayram və cümə namazı qılınacaq

"Yalnız dini ibadətlər deyil,  bütün belə dəyərlərin icrası bizim üçün çox qürurverici və fərəhdir"

“Ramazan bayramı namazının məhdud sayda Şuşa məscidində qılınması ilə bağlı fikirlərin səsləndirilməsi yaxşı təşəbbüsdür”. Bunu “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. Din xadimi bildirib ki, əgər bu təşəbbüs reallaşarsa, insanlar arasında coşquya səbəb ola bilər:

“Lakin bizdən asılı olmayan səbəblər, təhlükəsizlik məsələləri var. Bütün bunlar münasib olarsa, bu il və ya gələn il orada bayram namazı qılına bilər. Lakin təbii ki, gələcəkdə ərazilərimiz tam bərpa edildikdən sonra bütün bunlar real olacaq. Şuşada bayram və cümə namazları da qılınacaq. Hazırda Şuşa məscidində hərbçilərimiz ibadət edir. Keçən il Qurban bayramı namazı Heydər məscidində qılındı. Simvolik olaraq məhdud sayda insanla namaz qılındı, xütbələr oxundu. Bu, pandemiya dövründə ilk təşəbbüs oldu və canlı yayımlandı. İnsanlar tərəfindən rəğbətlə qarşılandı”.

Təklifə münasibət bildirən ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında bu, təklifi müsbət qarşıladığını deyib. İlahiyyatçı-alim vurğulayıb ki, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir:

"Bugünədək hər bir azərbaycanlının ən böyük istəyi işğalda olan torpaqlarımızın düşməndən azad olması idi. Sevindirici haldır ki, artıq torpaqlarımız düşmənlərdən azad olunub. Hesab edirəm ki, bu təklif gözəl təklifdir.

Yalnız dini ibadətlər deyil,  bütün belə dəyərlərin icrası bizim üçün çox qürurverici və fərəhdir. Bu təklifin Ramazan bayramına təsadüf etməsi də çox sevindiricidir. Çünki Şuşada və digər bölgələrimizdə olan məscidlərimiz düşmən tərəfindən təhqir olunmuşdur.

Orada bayram namazının qılınması bir daha dini məscidlərimizin abadlaşmasına böyük bir rəmzi ola bilər". 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu