ABŞ-dan Ukraynaya dəstək: Hərbi yardım


ABŞ rəsmiləri Rusiya ilə müharibənin başlayacağı təqdirdə Ukraynaya hərbi yardım edilməsinə dair müzakirələr aparırlar. “Sherg.az” TASS-a istinadən bildirir ki, bu barədə “The Wall Street Journal”-ın elektron versiyasında dərc olunan məqalədə yazılıb. Prezident Co Bayden hələ ki, tədbirlər planını təsdiqləməyib. Lakin nəşrin məlumatına görə, Bayden administrasiyası Ukraynaya ciddi dəstək verməyə hazırlaşır.  
 Məqalədə, həmçinin Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaların tətbiq olunacağı haqqında da fikirlər var.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu