Dövlət büdcəsinə 5,7 milyard manat vəsait daxil olub

2021-ci ilin birinci rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.

Maliyyə Nazirliyindən Sherg.az-a verilən məlumata əsasən, birinci rüb üzrə dövlət büdcəsinin mədaxili 5 milyard 736,4 milyon manat olub.

Büdcə mədaxili rüblük proqnoza qarşı 23,5 milyon manat, 0,4 faiz çox icra olunub.

Büdcə xərcləri isə 5 milyard 523,7 milyon manat olub. Bununla da 212,7 milyon manat məbləğində dövlət büdcəsinin profisiti yaranıb./Oxu.Az

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu