Müğənni aşıq Əlinin 12 min dollarını mənimsəyib?

"Kasıblamışam, pandemiya mənə də təsir etdi. Kafe aşığı deyiləm, ona görə də Moskvaya getmirəm. Bilirəm, gedənlərin ehtiyacı var. Bu gün mənim də pula ehtiyacım var. Amma getmirəm".
"Sherg.az" xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu "Onun sirri" proqramında deyib. Sənətçi Rusiyada məclislərə gedən məşhurlarımızdan danışlb.

Əli "Bir telefon nömrəsinə maşın almısan" sözlərinə "Yük maşını almaq istəyirdim. Çörək versin. Atamda işlətmədiyi yük maşını var idi, dedim ver mənə. 211-lə başlayan nömrəm var idi, onun qarşılığında yük maşınını aldım" cavabını verib.

Aşıq müğənni Rövşən Əzizlə arasında olan pul mübahisəsindən bəhs edib. O bildirib ki, ifaçı onun 12 min dollarını mənimsəyib:

"Hadisə Tatarıstanda olub. Rövşən Əzizlə getmişdik. Məndə 12 min dollar var idi. Məclisdən almışdım, içində musiqiçilərin də qonorarı var idi. Pulu aldım verdim Rövşənə ki, saxlasın sonra götürüm. Hava limanında dedim ki, pulu ver, qayıtdı ki, nə pul? Belə bir mübahisə yaşadıq. Pulu Rövşənə vermişdim, buna əminəm".

Proqrama gələn Rövşən Əziz isə Əlinin pulu ona vermədiyini iddia edib. O bildirib ki, aşıq yanılır. Əli isə sözündən dönməyərək, 12 min dolları müğənniyə verdiyinə əmin olduğunu söyləyib/Axşam.Az

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu