Fakt:“Əhməd bəy Ağaoğlu Zəngəzurdan deputat seçilib” - Tarixi kökləri var 

Prezident İlham Əliyev dünən Azərbaycan Televiziyasına müsahibə verib. “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”- deyə, ölkə başçısı bildirib.

Dövlət başçısı, həmçinin qeyd edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir:“Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin.

Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “Sherg.az”a açıqlamasında Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu faktlarla izah etdi: 

“Zəngəzur həm Ermənistan özünü müstəqil dövlət elan edəndə, həm də SSRİ dövründə mübahisəli ərazi olaraq qalıb. Lakin Azərbaycanın nəzarətində olub.

Böyük dövlət xadimi, mütəfəkkir Əhməd bəy Ağaoğlunun Zəngəzurdan deputat seçilməsi faktı həmin ərazinin tarixi Azərbaycan torpaqları olduğunu təsdiqləyir. Əhməd bəy o zamanlar öz çıxışlarında ermənilərin yerli əhaliyə qarşı qətliamlarını ifşa edirdi.

Sonradan böyük təzyiqlər nəticəsində Zəngəzur Ermənistana verildi. Amma həmin sənəddə Zəngəzur Ermənistanın tərkib hissəsi kimi tanınmırdı. İkinci bir tərəfdən, Zəngəzurdan Naxçıvanla Azərbaycanı birləşdirən dəmiryolu xəttinin bir hissəsi keçir.

Deməli, həmin bölgə əsla rəsmi İrəvanın nəzarəti atında ola bilməz. Dövlət başçısının qaldırdığı məsələ kifayət qədər aktualdır və bunun tarixi kökləri var”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu