Nazir polkovnik-leytenantı vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR

Daxili işlər orqanlarında daha bir kadr islahatı aparılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Cahid Ələsgərov vəzifəsindən azad olunub.
O, Tovuz Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.
Nazirin digər əmri ilə polis kapitanı Dayaq Süleymanov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis idarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsindən azad edilərək Tovuz RPŞ-yə sahə rəisi təyin edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu