Üzücü xəbər: Ağadadaş əməliyyat olundu - FOTO

Xərçəng xəstəliyinə tutulan müğənni Ağadadaş Ağayev əməliyyat olunub.
“Sherg.az” xəbər verir ki, bu barədə onun  dostu, jurnalist Hacı Nuran məlumat yayıb. O İnstaqram səhifəsində sənətçi ilə fotolarını paylaşaraq bunları yazıb:
“Çox ağır xəbər oldu, inanmaq istəmədim. Ürəyimdə “bəlkə” dedim. Amma illərin dostu A.Ağayevin xərçəng xəstəliyinə tutulması və Türkiyədə müalicə alması doğru imiş. Əsrin bəlasına çevrilən xərçəng Ağayevlər ailəsinə də yol açıb. Demə sənətkar həyatda qalmaq üçün mübarizə aparırmış və  bu gün əməliyyat olundu. Belə məqamlarda nə deyəcəyini bilmirsən. Çünki xəstəlik yatağı ağırdır.

Bunu öz canında, qanında hiss edən bir adam kimi bilirəm. Ağadadaşın dərdi mənə çox yaxındır. Özümü pis hiss edirəm. Bu ağır günündə onun yanında ola bilmirəm. Gücüm dualara çatır.

Doğmaları pərişan, pərəstişkarları qəmlidir. Sevimli müğənniyə xəstəlik xəbəri yaraşmır. Biz onu toylarda görməyə alışmışıq, xəstə yatağında yox. Ağadadaş dərdini içində yaşayan adamdır. Xərçəngdən əziyyət çəksə də, bu barədə kiməsə bir söz deməyib. Öhdəsindən gələcəyini düşünüb. Məncə, qalib gələcək. O möhkəm, əzimli insandır. Tez sağal, sənsiz səhnəni təsəvvür etmirəm”.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu