Həqiqət budur !- “İskəndər M” olayı Rusiyanın əməlidir” 

“Şimal qonşumuz il ərzində yalan və saxta informasiyaların hazırlanmasına təxminən 1-1.5 milyard dollar  xərcləyir”

 “İskəndər M” raketi ilə bağlı verdikləri açıqlama isə çox gülünc, uydurma və saxta məlumatdır”

“Qarabağ hadisələri, indi isə Ukrayna ətrafında cərəyan edənlər bir daha göstərdi ki, Rusiyanı yerində oturtmaq zamanıdır”


Şuşa şəhərinə atılan “İskəndər M” raketi ilə bağlı Rusiyanın səssizliyi neçə gündür ki, müzakirə olunur. Rəsmi Kreml dəfələrlə açıqlama verməkdən yayınaraq “gah nala, gah da mıxa vurur”.
Nəhayət Rusiya sükutunu pozaraq mətbuatda Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edib. “İsgəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirdiyini yazmaqla ermənilərə “informasiya” dəstəyi verib.

Rusiyanın dünayda ən çox yalan xəbər istehsal etdiyini söyləyən tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli  “Sherg.az”a bildirib ki, Kremlin Azərbaycana qarşı informasiya müharibəsi aparması birinci hal deyil. Professor vurğulayıb ki, rusların müəyyən məqamlarda erməni mediası və siyasi elitası ilə birgə çıxış etməsi təəccüb doğurmur:

“Bu yaxınlarda Amerika Senatındakı hesabatlarda deyilirdi ki, Rusiya il ərzində yalan və saxta informasiyaların hazırlanmasına təxminən 1-1.5 milyard dollar  xərcləyir. “İskəndər M” raketi ilə bağlı verdikləri açıqlama isə çox gülünc, uydurma və saxta məlumatdır. Hətta “İskəndər M” Suriyadan gətirilmiş olsa belə, yenə də Rusiyanın əməlidir”.

Q.Məhərrəmlinin qənaətincə, son dövrlər Rusiyanın qərb tərəfindən blokadaya alınması və sanksiyaların tətbiq olunması onları çıxılmaz vəziyyətə salıb:

“Ona görə də müxtəlif cəbhələrdə döyüş aparmağa gücü çatmayan Rusiya zay məhsullar istehsal edir. Təbii ki, bunların hər biri yalandır. Rusiya mətbuatı və televizyalarının, ümumiyyətlə mediasının xisləti tamamilə yalan üzərində qurulub. Hesab edirəm ki, ilk növbədə ABŞ konkret addımlar atmalıdır. Rusiyanın hər kəs üçün qorxu mənbəyi olmasını anlamaq lazımdır. Qarabağ hadisələri, indi isə Ukrayna ətrafında cərəyan edənlər bir daha göstərdi ki, Rusiyanı yerində oturtmaq zamanıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu