Türkiyənin ölkəmizdəki yeni səfiri vəzifəsinin icrasına başlayıb

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
 "Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb", - deyə bildirilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu