Füzulidə əsası qoyulan “Araz” qəzeti bərpa ediləcək - VİDEO

Ermənilər tərəfindən dağıdılan qəzet redaksiyalarımızdan biri də əsası 90 il əvvəl Füzulidə qoyulan “Araz” qəzetinin redaksiyasıdır və bu redaksiya bərpa ediləcək.
Bunu Mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında yazıb 
Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet “Araz” qəzeti olub. Füzuli Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı deyir ki, “Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır” prinsipi ilə çap edilən “Araz” qəzeti rayon mətbəəsində həftədə üç dəfə olmaqla 3500-4000 nüsxə tirajlanırdı. 
“Araz” qəzeti redaksiyası 1931-ci ildə yaradılıb. Qəzet 1966-cı ilə qədər “Qızıl Araz” adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə “Araz” adı ilə nəşrini davam etdirib. Daha ətraflı Baku TV-nin süjetində:


Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu