Cavanşir  Məmmədov:“Məni 2 dəfə öldürüblər..."

“Məni 2 dəfə öldürüblər, özüm dirilmişəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Söhbət var” verlişində müğənni Cavanşir Məmmədov söyləyib. O bir neçə dəfə ölüm xəbərinin yayıldığını deyib:
“Məni 2 dəfə “öldürüblər”, özüm dirilmişəm. Cavanşir Əliyev adında estrada müğənnimiz var idi.

O ötən il Moskvada rəhmətə getdi. Mətbuatda xəbəri dərc olundu. Bir yas mərasimindən foto yerləşdirmişdilər, yazmışdılar ki, “Cavanşir vəfat etdi”. Amma Əliyev, ya da Məmmədov olduğunu qeyd etməmişdilər.

Mən də saytı axtarıb tapdım. Dedilər, istinadən yazmışıq. Bunun düzgün olmadığını düşünürəm. Yəni sən kimisə təkrar edirsən, başqa vaxt isə öz saytının bir nömrə olduğunu söyləyirsən. İkincisi də telefonla zəng edib, xəbəri aydınlaşdıra bilərdiniz”.