Mariya Stadnik Avropa çempionatının finalında – VİDEO

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 10:4 hesabı ilə qalib gələn 2 qat dünya və 7 qat Avropa çempionu adını finala yazdırıb.
Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu