İnsanlar dözmür:“Açıq havada maska məcburiyyəti aradan qalxsın”

Bakıda küçədə maska taxmayan şəxslə polis arasında gərginlik yaşanıb. Özünü xarici vətəndaş kimi təqdim edən şəxs ingilis dilində qışqırmağa başlayıb.“İ can not breathe” (“Nəfəs ala bilmirəm”) sözlərini dilə gətirən adam Gəncə sakini imiş və cərimələnmək istmədiyi üçün bu yola əl atıb. Baş verənlər sosial şəbəkədə geniş müzakirə mövzusu olub. İstifadəçilərin böyük əksəriyyəti həmin şəxsə haqq qazandırıb. Məlumdur ki, son günlər arasında açıq havada maska taxılmasına dair geniş narazılıqlar var. Hətta vəziyyət o həddə gəlib çatıb ki, vətəndaşlar öz milliyyətini danaraq, əcnəbi olduqlarını söyləyirlər.

Hadisəni “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, hər kəs qanuna tabe olmalıdır:

“Operativ Qərargahın qəbul etdiyi qərara görə, küçədə maskadan istifadə edilməlidir. Kimsə bu qaydadan kənara çıxırsa, təbii ki, cəzalandırılacaq. Baş verənlərdə polisi günahlandırmaq düzgün olmazdı. Çünki polis tapşırıq alır ki, qanuna tabe olmayanları qanuna dəvət etsin”.

Artıq havaların isindiyinə diqqət çəkən deputat vurğulayıb ki, küçədə az adam olan yerdə maska istifadəsi aradan qaldırılsa, çox yaxşı olar:

“Kütləvi olan ərazilərdə, məsələn “Tarqovi” adlanan yerdə maska taxılmasına nəzarət edilsin. Amma insanların az olduğu məkanda, açıq havada, parklarda, boş küçələrdə maska taxmaq məcburiyyəti aradan götürülməlidir.
Həqiqətən də havalar çox istidir, insanlar dözə bilmir. Havada yoluxma riski o qədər də böyük deyil. Operativ Qərargah açıq havada maska taxmağı ləğv etsə, nə polislə vətəndaş arasında gərginlik yaranar, nə də vətəndaşlarımız narazı qalar.

Təəssüflənirəm ki, polislərlə vətəndaşlarımız arasında xoşagəlməz hallar yaşanır. Bu zaman insanların əksəriyyəti polisi günahlandırmağa çalışır. Lakin onlar da öz vəzifələrini yerinə yetirirlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu