Sabirabadda 22 yaşlı hamilə qadın ölüb

Sabirabadda 22 yaşlı hamilə qadın dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 17 həftəlik hamiləliyi olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1999-cu il təvəllüdlü Əzizova Arifə Arif qızının halı pisləşdiyindən Sabirabad rayon xəstəxanasına çatdırılan anda keçinib.
Ölümün səbəbini aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu