Lukaşenko Rusiyaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A. Lukaşenko aprelin 22-də Moskvaya işgüzar səfər edəcək.
Səfər çərçivəsində Belarus Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında əlaqələr, ticari-iqtisadi sahədə əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq gündəlikdə duran məsələlər, həmçinin regional vəziyyət müzakirə olunacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu